Siqaret çəkənlərimizin sayı artıb

Siqaret çəkənlərimizin sayı artıb
  16 Aprel 2013    Oxunub:1500
Azərbaycanda 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır.
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu nəticələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olub.

Onun sözlərinə görə, 2005-ci ildə ÜST Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. Azərbaycanda tütünlə mübarizə istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.(apa)


Teqlər:  





Xəbər lenti