Gürcüstan-Azərbaycan sərhədində sıxlıq yaranıb

   Gürcüstan-Azərbaycan sərhədində sıxlıq yaranıb
  10 Dekabr 2023    Oxunub:1182
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumatına əsasən, “Astara” gömrük postunda 254, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1000, “Mazımqara” gömrük postunda 50, “Samur” gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını var.
AzVision.az xəbər verir ki, bu haqda AYNA məlumat yayıb.

Bildirilib ki, hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.

Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti