Belə ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü İbrahimov Qəmnalı Məmməd oğlu "Opel Vectra" markalı avtomaşınla Nizami rayonu ərazisində idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar - 1990-cı il təvəllüdlü Aşırova Ayişə Mühərrəm qızı və onun övladı 2015-ci il təvəllüdlü Yaqubəliyeva Aysu Elmir qızını vurub.
Piyadalar Yeni Klinikaya yerləşdirilib. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.
AzVision.az