Zabuxda məktəb fəaliyyətə başlayıb

   Zabuxda məktəb fəaliyyətə başlayıb
  13 Dekabr 2023    Oxunub:1487
Laçın rayonunun Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti