ARVK hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb

ARVK hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb
  15 Dekabr 2023    Oxunub:1167
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb.
Kollegiyadan daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2023-cü il tarixli Fərmanı ilə qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir.

“Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericiliyə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yararlanmırlar. Bunu görə də aztəminatlı şəxslərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq həmin təbəqədən olan şəxslərin hüquqi yardıma çatımlılığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində və regionlarda bir çox maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda aztəminatlı şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi bir növ sosial yönümlü olduğundan Vəkillər Kollegiyası tərəfindən bununla bağlı maarifləndirici video çarx hazırlanıb”, - məlumatda qeyd edilib.

Həmin maarifləndirici sosial çarxı təqdim edirik:

AzVision.az



Teqlər:





Xəbər lenti