“Xalq bir-iki ilə Ermənistandan hesab soracaq”

“Xalq bir-iki ilə Ermənistandan hesab soracaq”
  16 Aprel 2013    Oxunub:1302
“Bu hesab zamanı da ölkədə partlayışlar baş verəcək”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Vitse-spiker bildirib ki, təəssüf ki, ATƏT Minsk qrupunun üzvləri sonuncu dəfə regiona gələndə özləri ilə bərabər yeni fikir gətirmədilər.

“Söhbət ondan gedir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Həmsədr dövlətlər də bu məsələdə yardımçı olmalıdır. Çox təəssüf ki, artıq neçə illərdir bu məsələ uzanıb. ATƏT-in həmsədrləri gedib-gəlirlər. Amma ortada heç bir nəticə yoxdur. Yenə də ikili standartlar mövcuddur. Təəssüf edirəm ki, bu standartlar hələdə qüvvədədir. Necə olur ki, Birləşmiş Millətlər Təşkilatına lazım olanda bir-iki saata qərar qəbul edirlər və dərhal onun icrasına başlayırlar. Amma 20 ildən çoxdur ki, qətnamə qəbul olunub, amma bunun dərhal icrasına başlaya bilmirlər. Bu ikili standart deyil? İkili standartların olduğu bir zamanda sözsüz ki, beynəlxalq hüququn bu gün hansı səviyyədə icrasından danışmaq düzgün deyil.

Biz istəyirik ki, beynəlxalq hüquq işləsin, fəaliyyət göstərin və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində onun təhıükəsizlik Şurasının səviyyəsi çərçivəsində qəbul olunan qətnamələr yeroinə yetirilsin. Avropa Birliyi, Avropa Şurasının, İslam Konfransının qəbul etdiyi qətnamələrin heç biri yerinə yetirilmir. Belə bir təsəvvür yaranır ki, Ermənistan dünya birliyinin qəbul etdiyi bu qətnamələrə meydan oxuyur”.

Z.Əsgərovun sözlərinə görə, Ermənistan sözün həqiq mənasında bu danışıqlardan qaçsa, yalnız imitasiya ilə məşğul olsa, bu dövlətin prespektivi olmayacaq.

“Yaxın bir-iki ildə siz özünüz də şahidi olacaqsınız ki, Ermənistan səmimi olaraq bu danışıqlara qoşulmasa bir dövlət kimi onun perspektivini görmürəm. Çünki bu günə kimi Ermənistan saxlayan xarici xaricdəki erməni diasporası olub. Çünki gərək dövlətin özündə də nə isə olsun. Quyuya nə qədər su töksən quyu dolan deyil. Bir gün xalq ayılıb bunun hesabını Ermənistan hakimiyyətindən soracaq. Bunu soran zamanda o partlayışlar baş verəcək. Hesab edirəm ki, bu bir-iki ilə baş verəcək. Artıq Ermənistan bunu başa düşür və ona görə də cəbhə bölgəsində atəşkəsi tez-tez pozur və təxribatlara əl atırlar ki, xalqın fikrini yayındırsınlar. Bununla xalqın fikrinin bir-iki və bir yayındıra bilərlər bundan çox yox. Sonda Ermənistan vətəndaşı onun hakimiyyəti qarşısında hesab soracaq. İstənilən halda biz öz torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq”.

Anar


Teqlər:  





Xəbər lenti