Gömrük İttifaqında dikdaban və makasin ayyaqabılara QADAĞA

Gömrük İttifaqında dikdaban və makasin ayyaqabılara QADAĞA
  19 İyun 2014    Oxunub:2543
Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqında sağlamlığa vurduğu ziyana görə hündürdaban və idman ayaqqabıları qadağan edilə bilər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir.
Artıq bunlan bağlı “Ədalətli Rusiya” partiyasının deputatı Oleq Mixiyev Avrasiya İqtisadi İttifaqı Komissiyasının rəhbəri Viktor Xristenkoya müraciət ünvanlayıb.

Deputat Gömrük Şurasının reqlamentinə ayaqqabı ilə bağlı yeni tələblər daxil edilməsini təklif edib. Onun fikrincə, yastı ayaq altıqlarına malik ayaqqabılar (idman ayaqqabıları və baletkalar), o cümlədən hündürdaban ayyaqqabılar pəncə quruluşunda problemlərə səbəb olur. Bunun nəticəsində baldır əzələlərinin deformasiyası, alt məhdudluqların varikozu, xroniki vena azlığı, ayaq altlarının düzlüyü problemləri insanlarda geniş yayılır. Odur ki ayyaqqabılar ortopedik olmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti