İki regional təhsil idarəsinə yeni təyinat olub

 İki regional təhsil idarəsinə yeni təyinat olub
  19 Dekabr 2023    Oxunub:2408
Regional təhsil idarələrində yeni təyinatlar olub.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti