“Uça bilməzlər!”

“Uça bilməzlər!”
  16 Aprel 2013    Oxunub:1446
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Xocalı aeroportu ilə bağlı məsələyə münasibət bildirib
AzVision.az-ın məlumatına görə, vitse-spiker bu gün jurnalistlərə açıqlamasında Xocalı aeroportunun açılması ilə bağlı gedən danışıqları şərh edərkən, bildirib ki, Azərbaycan uçuşlara icazə verməyəcək

“Azərbaycanın icazəsi olmadan Ermənistan Xocalı aeroportunda heç bir uçuş həyata keçə bilməz”-deyə, Z.Əsgərov əlavə edib.

Qeyd edək ki, Ermənistan rəsmiləri İrəvan və Xankəndi arasında ilk təyyarə reysi bu yaz həyata keçiriləcəyini bildiriblər.


Teqlər:  





Xəbər lenti