Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və Bakı Avrasiya Universitetində 28 dekabr tarixində baş tutan məlumat sessiyalarında səsvermə hüququna malik 900-dən çox tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bundan öncə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı və Azərbaycan Kooperasiya Universitetində keçirilən maarifləndirici seminarlar silsilə xarakteri daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
AzVision.az