Qadın prezidentlər Bakıya gəlir

Qadın prezidentlər Bakıya gəlir
  16 Aprel 2013    Oxunub:1750
Finlandiya və İsveçrənin sabiq qadın prezidentləri Bakıya gəlir
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Finlandiya və İsveçrənin sabiq qadın prezidentləri Tarya Halonen və Mişelin Kalmi-Rey mayın 6-8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumunda iştirak
etmək üçün Bakıya gələcək.

2000-2012-ci illərdə ölkəsinə rəhbərlik etmiş Tarya Halonen Finlandiyanın ilk qadın prezidentidir.

Tarya Halonen yenicə təsis olunmuş Qlobal Liderlər Alyansının üzvüdür. Bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə yaradılan Qlobal Liderlər Alyansının əsas məqsədi qloballaşan dünyada nüfuzlu alimlər, sabiq ölkə və hökumət başçılarından ibarət
Ali Qrupun sivilizasiyalararası siyasi, mədəni, dini anlaşmanın yaradılmasında aktiv iştirakına nail olmaqdır. Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək.

İsveçrənin sabiq qadın prezidentlərindən olan Mişelin Kalmi-Rey 2007 və 2011-ci illərdə ölkəsinə rəhbərlik edib.

Xatırladaq ki, Cənubi Qafqaz Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə Bakıda təşkil edir. Forumda dünyanın 50-dən çox ölkəsindən 30-dan çox sabiq ölkə və hökumət rəhbəri, eləcə də 200-dən artıq
nüfuzlu elm adamları, strateqlər iştirak edəcək.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.


Teqlər:  





Xəbər lenti