Bakıda vəkil özünü kollegiyanın qarşısında yandırdı

   Bakıda vəkil özünü kollegiyanın qarşısında yandırdı
  01 Yanvar 2024    Oxunub:1591
Vəkil Zaur Məmmədov intihar edib.
Hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) qeydə alınıb. Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.

Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.


AzVision.az



Teqlər:





Xəbər lenti