Mənzildən 14 min manat pul oğurlanıb

Mənzildən 14 min manat pul oğurlanıb
  04 Yanvar 2024    Oxunub:1379
Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti