DYP-dən buz bağlayan yollarla bağlı sürücülərə tövsiyə
R.Tağıyev bildirib ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalıdır:
"Yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər. Həmçinin sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında, rayonlarda da həmçinin yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.
AzVision.az
Teqlər: