Kamran Əliyev: "Binəqədi yanğınının səbəbi ilə bağlı bir neçə versiya var"

   Kamran Əliyev:    "Binəqədi yanğınının səbəbi ilə bağlı bir neçə versiya var"
  20 Yanvar 2024    Oxunub:1465
Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Baş Prokurorluq: "Partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır"
Onun sözlərinə görə, yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var: "Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Baş prokuror bildirib ki, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qaydada Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı da məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir".
AzVision.az



Teqlər:   Baş-Prokuror   Yanğın  





Xəbər lenti