Qaraçıların alıb diləndirdiyi uşağın dəhşətli həyatı - VİDEO

Qaraçıların alıb diləndirdiyi uşağın dəhşətli həyatı    - VİDEO
  23 Yanvar 2024    Oxunub:966
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında dörd yaşında olarkən anası tərəfindən qaraçılara verilən Ümid Mənsimov öz həyat hekayəsini danışıb.

Hazırda kuryer kimi çalışan Ümidin sözlərinə görə, anası onu atdıqdan sonra qaraçılar tərəfindən diləndirilib, zorakılığa məruz qalıb.

“Məndən əlavə dörd uşaq var idi. Oğurlayıb diləndirdikləri uşaqlar da olurdu. Həmin uşaqlardan birini – Nicatı axtarıram. Ona çox işgəncə verirdilər. Qaşığı, şişi qızdırıb bədəninə basırdılar. Az pul gətirdiyimizə görə bizi döyürdülər”.

Ümidə verilən işgəncələri bilən qonşuların sayəsində o qaraçıların əlindən qurtularaq “Ümid yeri” uşaq sığınacağına yerləşdirilib, daha sonra isə övladlığa verilib.

Ətraflı Baku TV-nin süjetində:

AzVision.az



Teqlər:





Xəbər lenti