Prezident yeni sərəncam imzaladı

Prezident yeni sərəncam imzaladı
  16 Aprel 2013    Oxunub:1694
İlham Əliyev Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün 2.5 milyon manat ayırdı.
Prezident İlham Əliyev Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qız qalasında aparılan bərpa və konservasiya işlərinin sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti