“Burada pis nə var ki?” – Əməkdar artist

“Burada pis nə var ki?” – Əməkdar artist
  23 İyun 2014    Oxunub:1505
«Fərid Məmmədov Kançitanın mahnısını oxuyub, burada axı pis nə var? Ona görə də, bu qədər gəncliyə hücum etmək olmaz. Bu, gəncliyi məhv etmək deməkdir”.
Bu sözləri AzVision.az-a əməkdar artist Aybəniz Haşımova “Eurovision 2014”-ün qalibi Konçita Vürstün tələbəsi Fərid Məmmədova evlilik təklifindən danışarkən deyib.

Fəridin həssas uşaq olduğunu deyən əməkdar artist, bu mövzu ilə bağlı ona müraciət edənləri qınayıb:
“Mahnı oxuyub da uşaq, pis nə edib ki? Hər mahnı oxuyanda onun açıqlamasını verirlər? “Eurovision” məşhur müsabiqədir, bütün Avropanı izləyən adamlar o müsabiqədə uğurlu mahnı varsa, onu yenidən ifa edirlər. Hətta uğursuz mahnılar belə sonradan ifa olunur. Fərid Məmmədov da mahnı ifa edib, burada axı pis nə var? Ona görə də, bu qədər gəncliyə hücum etmək o gəncliyi məhv etmək deməkdir. Bu bütün gəncliyə aiddir. İndiki gənclər çox həssasdır. Bir belə hücuma tab gətirə bilməzlər. Bu uşaq mahnı oxuyubda başqa nə edib? Konçitanın mahnısı olmasın, başqasının mahnısı olsun. Dünya dağılmayıb ki? Fəridə zəng vursanız əsəbiləşək, uşağı peşman eləməyin. Pis iş görsə, o başqa məsələ”.

A.Həşimova qeyd edib ki, vaxtında Fərid Məmmədov kimi, onun da bu qədər üstünə düşən olsaydı, çoxdan sənətdən getmişdi: “Jurnalistlər məcbur edir ki, istedadlı gənclər sıradan çıxsın, atsınlar sənəti. Yaxşı, istedadlı müğənnilər atsın, bəs səhnəyə kimlər gəlsin?”, deyə o əlavə edib.

Qeyd edək ki, mətbuatda yer alan məlumatlara görə, transseksual müğənni Konçita azərbaycanlı gənc müğənni Fərid Məmmədova evlilik təklifi edib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti