CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirildi

CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirildi
  26 Yanvar 2024    Oxunub:1034
"Dəniz Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında Türkiyənin səs-küylü "3391 kilometr" melodramının qala gecəsi keçirilib.
Tamaşaçıların böyük marağını nəzərə alaraq filmin rejissoru və prodüseri Deniz Enyüksek, əsas aktyorlar Derya Pınar Ak, Ahmet Haktan Zavlak, eləcə də kitabı əsasında filmin çəkildiyi yazıçı Beyza Alkoç tədbirə dəvət olunublar.

Filmin qəhramanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə selfi çəkdiriblər. Türkiyəli qonaqlar yerli pərəstişkarlar tərəfindən gurultulu alqışlarla qarşılanıblar.

Film sosial şəbəkə vasitəsilə tanış olan və aralarında kilometrlər olsa da güclü sevgi hissi yaşayan iki gəncin hekayəsindən bəhs edir. Tamaşaçılar 3391 kilometr məsafədə yerləşən Fransa ilə Türkiyə arasında eşq macərasının şahidi olacaqlar.

"3391 kilometr" filminin sosial şəbəkə səhifələrində on minlərlə şərh yazılıb. Kitabın pərəstişkarları hekayənin hər bir təfərrüatına o qədər bələddirlər ki, filmin çəkilişləri zamanı fanatların sıx təzyiqi və istəkləri nəticəsində ssenaridə olmayan, kitabda isə olan bir çox detallar əlavə edilib.

Tədbirin təşkilində Cinema Distribution, "Coffemania" restoranlar şəbəkəsi, foto və video çəkiliş - "Light in Black" kreativ şirkəti dəstək göstəriblər.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti