Yol kənarında ov məhsulları satanlar saxlanılıb

 Yol kənarında ov məhsulları satanlar saxlanılıb
  02 Fevral 2024    Oxunub:1451
Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxsləri saxlayıb.
Bu barədə "Report" AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Qeyd olunub ki, həmin şəxslər qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə keçirdiyi monitorinqlər zamanı saxlanılıb.

Araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu məlum olub.

Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb, hazırda monitorinqlər davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti