Honkonq hökuməti Messinin davranışından narazıdır
Fevralın 4-də Honqkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.
Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra "İnter Mayami"nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, o fitə basılıb. Qarşılaşmaya 38 minə yaxın azarkeş qatılıb.
AzVision.az
Teqlər: