Qremmi mükafatını alan kimi həbs edildi - VİDEO

Qremmi mükafatını alan kimi həbs edildi    - VİDEO
  05 Fevral 2024    Oxunub:961
Amerikalı reper Killer Mayk (əsl adı Maykl Santyaqo Render) Qremmi mükafatını alandan dərhal sonra saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

Əvvəlcə mərasimin keçirildiyi "Crypto.com Arena" kompleksinin təhlükəsizlik işçisi Renderin saxlanmasının səbəbinin mükafatla heç bir əlaqəsi olmadığını söyləyib. Daha sonra Los-Anceles polisinin nümayəndəsi bildirib ki, reper əlbəyaxa davaya görə saxlanılıb.
Nəşrin mənbəsi hadisəni adi hadisə adlandırıb və əlavə edib ki, sənətçi tezliklə azadlığa çıxa bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Reper  





Xəbər lenti