Müğənni "Qremmi" mərasimində Qəzzada atəşkəsə çağırdı - VİDEO

   Müğənni "Qremmi" mərasimində Qəzzada atəşkəsə çağırdı -    VİDEO
  05 Fevral 2024    Oxunub:869
Şotlandiyalı müğənni Enni Lennoks Los-Anceles şəhərində baş tutan 66-cı "Qremmi" mükafatlandırma mərasimində çıxışı zamanı Qəzza zolağında atəşkəs tələbini dilə gətirib.
AzVision.az xəbər verir ki, həmkarlarını atəşkəs çağırışına qoşulmağa səsləyən xanım müğənni nüfuzlu bir mərasimdə belə bəyanat verən ilk sənətçi kimi tarixə düşüb.

Mərasimin keçirildiyi zalın qarşısında da yüzlərlə Fələstin tərəfdarı nümayiş keçirib.

Onlar Fələstin bayraqları və atəşkəs şüarları yazılmış plakatlar qaldıraraq insanların mərasimə girişinə maneçilik törədiblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qremmi   mükafat   atəşkəs   çağırış  





Xəbər lenti