Ötən il 15 mindən çox sudan qanunsuz istifadə halı aşkarlanıb
Məlumata görə, həmin hallar üzrə 4,4 milyon kubmetr həcmində sərfiyyat hesablanıb. İl ərzində Bakıda 10 481, regionlarda isə 5 052 sudan qanunsuz istifadə halı aşkar edilib.
"İçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib.
AzVision.az
Teqlər: