Başına vurub pulunu aldı

Başına vurub pulunu aldı
  17 Aprel 2013    Oxunub:1226
50 manat pul talanıb
Xətai rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 16 aprel 2013-cü il tarixdə, saat 15 radələrində 1992-ci il təvəllüdlü Qəbələ rayon sakini Mürsəlzadə Rüfət Qürbət oğlu Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi-23/24-də, yaşıllıq olan ərazidə naməlum şəxs ona yaxınlaşıb beş barmaq adlanan alətlə baş nahiyəsinə vuraraq içərisində olan 50 manat pul kisəsini gütürüb hadisə yerindən qaçıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin naməlum şəxsin 1995-ci ildə anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, B.Süleymanov küçəsi, ev 58A-da yaşayan Əliyev Azər Rafiq oğlu olması müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı Xətai Rayon Prolurorluğunda Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə 130110153 №-li cinayət işi başlanılıb.

Mirvari


Teqlər:  





Xəbər lenti