Leyla Əliyeva: “Gedim biraz ağlayım”

Leyla Əliyeva:  “Gedim biraz ağlayım”
  25 İyun 2014    Oxunub:4882
Məşhur jurnalist Telli Pənahqızı İlham Əliyevin böyük qızı Leyla Əliyevanın şeirini tərcümə edib:
AzVision.az `Gedim biraz ağlayım` adlı şeiri təqdim edir:

Dolan ürəyimi boşaltmaq üçün
Bir xəlvət yer tapım, gözlərdən iraq,
Gizlədib qəlbimi yastığın altda,
Ya da ki, tullayım qoy getsin uzaq

Ağlayım, bir azca... ovunmaq üçün,
Hər kəsdən saxlayım pünhan dərdimi,
Bulanıq dənizdə batırmaq üçün
Alıb gedəcəyəm mən ürəyimi.

Ya qoşum sərsəri, sərt küləklərə,
Gəzib səhraları dolaşsın bir az.
Qoy elə qumlarda tufan qoparsın,
Niyə yandığına cavab tapammaz

Sıxım, qoy çilənsin qanı kollara
Suya təşnə olan gül-çiçək içsin,
Batırım yalanı şəkərə, bala,
Acısı dilimin ucundan itsin!

Çağırım dostları şam yeməyinə,
Məst olaq bu gecə, doyunca içək...
Mən məzə yerinə...səni verəcəm,
Acını dadsınlar sənin, ay ürək!

Həyətdə oynayan uşaqlar, ehey...
Bəlkə top lazımdır, buyurun, alın.
“Sevincdən” üfrülüb mənim ürəyim,
Qorxmayın çiləyin...rahat oynayın!

Ya da qoy çıxarım onu bazara,
Müştəri, gəl bəri, ucuz satıram!
İndi param-parça, dəlik- deşikdi,
Bənzəyir kül olmuş boz vulkanlara!

...Hamı çıxıb getdi, qaldıq ikimiz!
Qaldıq bu gecənin qaranlığında.
Bağladım çətiri, bağladım ki, biz
İslanaq yağmurun aydınlığında!
Əl açıb göylərə, aya, günəşə, hayqırdım:
Alın ürəyimi, alın qəlbimi,
Aparın göylərə, əbədiyyətə!
Bilmirəm, bilmirəm, mən həmin gecə,
Bu ürək sənindir, demədim, niyə?


Teqlər:





Xəbər lenti