ABŞ Konqresinə zəhərli məktub

ABŞ Konqresinə zəhərli məktub
  17 Aprel 2013    Oxunub:1417
Amerika senatoruna içərisində zəhərli maddə olan məktub göndərilib.
Amerikanın Missipi Ştatınınrespublikaçı senatoru Rocer Vikerə içərisində öldürücü ritsin zəhəri olan məktub ünvanlanıb. Bu barədə senatda demokratların lideri Harri Rida məlimat verib.
Lakin məktub senatora çatmadan təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlamaya göndərilib və zəhərli olduğu təsdiqlənib

Qeyd edək ki, 2001-ci ildən sibir xorasını yaymaq məsələsi ilə göndərilmiş məktubdan sonra Konqresə ünvanlanmış bütün məktublar yoxlanılır. Xatırladaq ki, həmin vaxt 5 nəfər ölmüş 17 nəfər xəstəliyə tutulmuşdu.

O ki qaldı ritsinə, onun kiçik bir sancağın ucu boyda bir hissəciyi insanı öldürür.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti