“Qarabağ”a məğlubiyyət “Braqa”nın prezidentini əsəbləşdirdi

 “Qarabağ”a məğlubiyyət “Braqa”nın prezidentini əsəbləşdirdi
  16 Fevral 2024    Oxunub:1105
Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Qarabağ”a 2:4 hesablı məğlubiyyətdən sonra futbolçularla təcili iclas keçirmək üçün paltardəyişmə otağına gedib.
Funksioner komandanın son dövrlərdəki çıxışından, eləcə də Ağdam klubu ilə matçdakı nəticədən narazı qaldığını bildirib. O, məşqçilər heyətinə və futbolçulara qısa zamanda vəziyyəti düzəltmək üçün tapşırıq verib.

Hətta “Braqa”nın baş məşqçisi Artur Jorjenin iclasa görə mətbuat konfransına gecikdiyi iddia olunur.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti