“Bağımın həyəti 1 hektardı. Bu ərazidə torpağın 1 sotu on min manatdır. İçindəki tikililəri də nəzərə alsaq, iki-üç milyona qədər qiyməti var. Birinci mərtəbədə qardaşım ailəsi ilə qalır, ikincidə isə biz. Həyətimdə feyxoa ağacından tutmuş, palmaya kimi var”.
Samirənin Çita adlı meymunu və göyərçinləri olduğu da ortaya çıxıb:
“Meymunumu Oktay Kamilə oxşadıram. Oktay elə bilməsin ki, yanımda olmayanda onun üçün darıxıram. Çita onu əvəz edir. Göyərçinlərimi isə İrandan gətirtmişəm, özü də baha qiymətə”.