İranda yenə zəlzələ oldu

İranda yenə zəlzələ oldu
  17 Aprel 2013    Oxunub:1298
İranla Pakistan sərhədində növbəti dəfə zəlzələ baş verib.
Bu gün səhər İranın Pakistan sərhədinə yaxın ərazisində 6 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ-ın Geoloji Xidmətindən məlumat verilib.

Zəlzələnin episentri Xaşa şəhərindən 107 km, Zahidana şəhərindən isə 202 km məsafədə qeydə alınıb.

Xatırladaq ki, ötən gün elə bu ərazidə 7.8 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə onlarla insan həyatını itirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti