Bəzi şəxslər bələdiyyə torpaqlarından təyinatına zidd istifadə edib
Bildirilib ki, yol verilən pozuntularla bağlı tədbirlər görülməsi üçün Ədliyyə Nazirliyinin müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları tərəfindən bələdiyyə torpaqlarından istifadə vəziyyətinə dair monitorinqlər keçirilərək aşkar edilmiş torpaq sahələrindən təyinatına zidd istifadə edən şəxslər barədə inzibati xəta haqqında protokollar tərtib edilmiş, torpaq zəbti hallan ilə bağlı isə daxili işlər orqanlarına müraciət olunub.
Qeyd olunub ki, daxil olan vətəndaş müraciətləri araşdırılarkən məlum olub ki, bəzi hallarda üzərində özbaşına tikili olan həyətyanı torpaq sahələri həmin tikili sahibinin müraciəti əsasında mülkiyyətə verilməsi üçün boş torpaq sahəsi kimi hərrac və ya müsabiqəyə çıxarılır, keçirilən hərrac və ya müsabiqədə digər iştirakçılar qalib gəldikdə isə ciddi münaqişələr yaranır:
“Bununla bağlı “Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin mülkiyyətə və İcarəyə verilməsi məqsədi ilə hərrac və ya müsabiqəyə çıxarılarkən qanunvericiliyin tələblərinə əməl olunması barədə” tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş, bu cür halların qarşısının alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub”.
AzVision.az
Teqlər: