Dövlət Komitəsi atasının zorakılığa məruz qoyduğu azyaşlıya və ailəsinə baş çəkib

 Dövlət Komitəsi atasının zorakılığa məruz qoyduğu azyaşlıya və ailəsinə baş çəkib
  20 Fevral 2024    Oxunub:722
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.
Bu barədə AzVision.az -a dövlət qurumundan məlumat verilib.

Qeyd olunub ki, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqu iştirak ediblər.

Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan üç qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsə də, valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Mütəxəssislər uşaqlarla ətraflı söhbət aparıb, psixoloji və sosial dəstək göstərib. Uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov polis tərəfindən saxlanılıb.
AzVision.az


Teqlər:





Xəbər lenti