Abonentə 100 manat borc olan yeni sayğac quraşdırdılar - VİDEO
Pərviz Şirəliyevin sözünə görə, yanvar ayının 23-də quraşdırılan sayğacla bərabər ona borc da yazılıb.
Pərviz Şirəliyevlə yanaşı qardaşı Anar Şirəliyevin mənzilinə fevralın 15-də yeni qaz sayğacı quraşdırılıb. Analoji vəziyyət həmin vətandaşın da başına gəlib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu cür hadisə ilə nadir hallarda rastlaşılır. Dərhal rayon istismar sahəsinin əməkdaşları tərəfindən sayğaclara baxış keçirilib. Yeni quraşdırılan sayğacın üzərində olan borc kimi göstərilən məbləğ sıfırlanaraq sakinlərin istifadəsinə verilib.
Ətraflı süjetdə:
AzVision.az
Teqlər: