Xüsusi Təyinatlı Qüvvələrin təlimi keçirilib - VİDEO

 Xüsusi Təyinatlı Qüvvələrin təlimi keçirilib -    VİDEO
  22 Fevral 2024    Oxunub:664
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a bildirilib ki, təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda xizəkli texnikalarla taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Döyüş qrupları şəklində şərti düşmənin dayaq məntəqəsinə qəfil pusqu keçirilib, həmlə obyektində və onun cinahlarinda aşkar edilmiş canlı qüvvə məhv edilib, təminat yolları bağlanıb və dəstək üçün gələn digər qüvvələrin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.



AzVision.az



Teqlər:





Xəbər lenti