Bakıya işləməyə gələn afrikalı ölkəsinə qayıdıb

   Bakıya işləməyə gələn afrikalı ölkəsinə qayıdıb
  22 Fevral 2024    Oxunub:694
İşləmək üçün Bakıya gələn afrikalı qadın öz ölkəsinə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, iş vədi verilərək ölkəmizə gətirilən Nigeriya vətəndaşı olan qadın dünən Dövlət Miqrasiya Xidməti tərəfindən öz ölkəsinə yola salınıb.

Qeyd edək ki, qadın yanvar ayında dayə işləmək məqsədi ilə Bakıya dəvət edilib, daha sonra ona iş verməkdən imtina edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti