Son bir həftədə azad olunan ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Son bir həftədə azad olunan ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  27 İyul 2024    Oxunub:1561
19-26 iyul tarixlərində polis əməkdaşları tərəfindən azad olunan ərazilərdə aşkarlanan silah-sursatların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xankəndidən 24 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 28 qumbara, 29 alışdırıcı, 441 mərmi, 5 süngü-bıçaq, 93 patron darağı, 3118 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşadan 1 pulemyot, 50 qumbara, 7 partlayıcı, 3 mərmi və 320 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Həmçinin görülən tədbirlərlə Xocalı ərazisindən 8 avtomat, 3 tüfəng, 64 mərmi, 121 qumbara, 11 patron darağı, 2 alışdırıcı, 30 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 20 ədəd kapsul detonatoru, 3 şaşka, 57 ədəd barıt atımı, 1 ədəd mina detektoru, 1040 ədəd müxtəlif çaplı patron, Kəlbəcərdən isə 1 avtomat silahı, 3 ədəd patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.
AzVision.az



Teqlər:





Xəbər lenti