"Qarabağ" bizi son anda "öldürdü" - Alvaro Djalo

   "Qarabağ" bizi son anda "öldürdü" -    Alvaro Djalo
  23 Fevral 2024    Oxunub:829
"Qarabağ" azlıqda qalandan sonra rəqibin üstünə getdik və ən çətin işin öhdəsindən gəldik. Qol vurmağımız oyunu əlavə vaxta apardı. Amma onlar cərimə zərbəsindən çox sürətli şəkildə 2-ci qolu vurdular və bizi son anda "öldürdülər".
AzVision.az xəbər verir ki, bu sözləri "Braq"nın futbolçusu Alvaro Djalo UEFA Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab matçından sonra "o jogo"ya açıqlamasında deyib.

Oyunda 2-ci qolu vuran portuqaliyalı hücumçu mübarizəni dayandırdıqları üçün üzüldüyünü bildirib: "Qolu vuranda düşündüm ki, biz mərhələni keçə bilərik. Çünki bunu bacardığımızı nümayiş etdirirdik. Rəqib oyunçusu qırmızı vərəqə aldıqdan sonra komandamıza güvənirdim. Sonra penalti ilə qol vurduq. Amma son anda "Qarabağ" da qol vurdu. İşlər yaxşı getməyəndə, bu, futbolçuları əsəbiləşdirir. Amma futbol belədir. Çalışıb meydanda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım, amma bu məğlubiyyətə görə üzülürəm”.

Xatırladaq ki, "Qarabağ" iki oyunun nəticəsinə görə (4:2, 2:3) 1/8 finala adlayıb. "Braqa" isə avrokuboklarla vidalaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti