AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov Rusiyanın "RB Sport" nəşrinə müsahibəsində deyib. Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" matçı ilə bağlı fikirlərini bildirib Smirnov deyib: "Onlar hamısı qəhrəmandırlar. Kimisə fərqləndirmək istəmirəm. Mən emosiyalara qərq olmuşam. Klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. Lunyovun hara, hansı çempionata, hansı komandaya getdiyini deyənlərə isə cavab vermək istəyirəm ki, ağzınızı yumun və tabloya baxın. Görün, Lunyov “Qarabağ”la harada oynayır”.
AzVision.az