Qərbi Azərbaycanın tarixi və mədəni irsi təbliğ olunur - FOTOLAR

Qərbi Azərbaycanın tarixi və mədəni irsi təbliğ olunur    - FOTOLAR
  23 Fevral 2024    Oxunub:688
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın mövzusunda tələbə-gənclərlə interaktiv görüşlərin təşkili” adlı layihə çərçivəsində tələbə-gənclərlə görüş keçirilib.
Tədbir Azərbaycan Universitetində təşkil olunub.

Tədbirin məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, elmi ictimaiyyətin bu mövzuya diqqətinin daha çox yönəldilməsi, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsi, əldə olunan elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyəti məlumatlandırmaq olub.

Bu istiqamətdə çıxışlar edilib, məruzələr dinlənilib. Tədbirdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin istehsalı olan “İrəvan gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər: Qərbi-Azərbaycan  





Xəbər lenti