"Qarabağ" - "Bayer 04" oyunlarının başlama vaxtı açıqlandı

   "Qarabağ" - "Bayer 04" oyunlarının başlama vaxtı açıqlandı
  24 Fevral 2024    Oxunub:1139
Avropa Liqasının 1/8 finalında "Bayer 04"lə qarşılaşacaq "Qarabağ"ın oyunlarının başlama saatı bəlli olub.
AzVision.az xəbər verir ki, komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Cavab oyunu martın 14-də Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Xatırladaq ki, "Bayer 04" klubu "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer 04" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti