Leyla Əliyevanın əl işi hərraca çıxarıldı - FOTO

Leyla Əliyevanın əl işi hərraca çıxarıldı - FOTO
  26 İyun 2014    Oxunub:1249
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın “Həyat” kollajı Londonda onlayn hərraca çıxarılıb.
AzVision.az-ın məlumatına görə, dünyanın ən iri hərrac evlərindən biri olan “Kristi” London qədim “Old Vic” teatrının dəstəklənməsinə yönəldilmiş onlayn hərracın keçirildiyini elan edib.

Hərrac evinin Londonun Kinq-strit ünvanında yerləşən böyük salonunda “Müharibədən sonrakı və müasir incəsənət” adlı hərrac keçiriləcək.
“Old Vic” teatrının rəsmi sponsoru olan “Kristi” onlayn-hərracdan əldə ediləcək gəlirin hamısını teatrın hesabına köçürəcək.

Hərracın lotları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Həyat” adlı kollajı da var.

Hərracın bütün lotları iyunun 25-dən iyulun 3-dək Londonun Bryuer-strit (Brewer Street) 35 ünvanında təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.

Hərracın ilk günü “Old Vic” teatrında Artur Millerin pyesi əsasında “Sərt sınaqlar” (“The Crucible”) tamaşasının premyerası olacaqdır. Əsərdə baş rolu Riçard Armitic ifa edir. Aktyor Kevin Speysinin bədii rəhbər olduğu teatrın yaradıcı heyətinin əksəriyyəti istedadlı gənclərdir. Burada onların inkişafı üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, teatr özünün populyar “Old Vic New Voices” (Old Vikin yeni səsləri) maarifləndirmə proqramı ilə də məşhurdur.



AzVision.az


Teqlər:





Xəbər lenti