Bakıya yeni 3D filmlər gəldi

Bakıya yeni 3D filmlər gəldi
  27 İyun 2014    Oxunub:1355
Nizami Kino Mərkəzində bu gündən etibarən 3D formatında çəkilmiş “Transfomerlər: Məhv etmək dövrü” və “Lok” adlı filmlərin nümayişinə başlanıb.
“Transformerlər: Məhv etmək dövrü” filmini Eren Krügerin ssenarisi əsasında rejissor Maykl Bey, fantastik döyüş janrında çəkib. Bu film, blokbasterin çoxdan gözlənilən davamıdır, burada avtobotlar daha güclü, yumor daha çoxdur.

Böyük bir şəhərin faciəvi şəkildə dağıldığından sonra avtobotlara qarşı başlanan ov onları insanlardan gizlənməyə vadar edir. Lakin, texniki inkişaf yerində durmur, insanlar robot –transformerlərin quruluş sirrini açmağa yaxındır. Bu hansı nəticələrə gətirə bilər? Yer üzünün bütün məhluqlarını məhv edəcək qədər hansı qüvvənin yaranması baş verə bilər?

İnsanların və avtobotların iki yolu var: bir yerdə həlak olmaq ya da bir yerdə döyüşmək. Döyüşmək üçün isə onlar misli görünməmiş ordu yığmalıdılar.

Filmdə, Mark Uolberq, Nikola Pelts, Cek Reynor, Brenton Tueyts, Kelsi Qremmer, Sofiya Mayls və başqaları çəkilib.

“Lok” filmi ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır. Rejissor və ssenaristi Stiven Nayt olan bu filmi triller, dram janrında çəkilib.

Filmin qəhrəmanı İvan Lok düzgün həyat tərzi sürür və işində daha yüksək nailiyyətlər əldə etmək üçün çox çalışır.

Gələn gün onun üçün çox önəmlidir –işdə onu karyera yüksəkliyi gözləyir. Amma axşam çalınan telefon zəngi onun həyatını darmadağın edir. Sağ qalmaq üçün o zamanla əlbəyaxa olmaq məcburiyyətində qalır. Buna Lokun cəmi 90 saatı var.

Rolları filmdə Tom Xardi, Oliviya Kolman, Rut Uilson, Endrü Skott, Ben Deniels, Tom Xollend və başqaları ifa ediblər.


Teqlər:





Xəbər lenti