Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

   Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq
  01 Mart 2024    Oxunub:837
AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcək.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.

Toplantıda bir neçə məsələ müzakirə olub və qərarlar qəbul edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;

2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- İsmayıl Əliyev

- Esmiralda Ələkbərova (həkim)

- Qara Qarayev

- İqor Ponomaryov

- Vaqif Sadıqov

- Maşallah Əhmədov

Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti