Evlənənlərə şad xəbər : qızıl lap ucuzlaşacaq

Evlənənlərə şad xəbər : qızıl lap ucuzlaşacaq
  17 Aprel 2013    Oxunub:1537
Aprel ayının sonuna doğru qızıl bazarında qızılın qiymətində kəskin azalmalar müşahidə olunacaq
“Qızıl son 3 ildə ilk dəfə bu qədər ucuzlaşıb”. Bunu Azvision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə hazırda dünya bazarında qızılın hər qramı 44 dollara satılır.

“Bu o deməkdir ki, bir ildə qızılın qiyməti 16 faiz aşağı düşüb. Son 6 ayda qızılın qiymətindəki azalmalar 21 faiz olub. Yalnız son bir ayda qızılın qiyməti 14 faiz aşağı düşüb. Yəni praktiki olaraq dünyan bazarında qızılın qiymətində kəskin azalmalar var. Qızılın qiymətindəki azalmalar yalnız qızıla tələbatın azalması ilə bağı deyil, eyni zamanda güman olunur ki, bu müəyyən spekyulativ təsirlərlə bağlıdır. Dünya bazarında qızıla olan tələbatın azalmasının, qiymətin aşağı düşməsinin əsas səbəbləindən biri də, qızıl ehtiyatlarına malik olan ölkələrin bir qisminin öz qızıl ehtiyatlarını ABŞ dollarına və digər valyutaya çevirməsidir. Bu baxımdan qızıla olan tələbatın azalması, qızıl bazarına daha çox qızılın çıxarılmasına gətirib çıxarır. Bir sıra ölkələrin qızıldan imtina etməsi, yığım vasitəsi kimi qızılı azaltması, məhz dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə təsir göstərir. Eyni zamanda investorlarda öz pullarını qızıldan çəkərək daha çox valyutaya, o cümlədən ABŞ dollarına və eləcə də neftə yönəltməyə çalışır ki, bu da tələbatın azalmasına səbəb olub”.

Həmçinin V.Bayramov qızılın qiymətindəki azalmanın spekyulativ səbəblərlə bağlı olduğunu deyib Ekspert bildirib ki, aprel ayının sonunda qızılın qiyməti kəskin azalacaq.

“Belə ki, bır sıra investorlar qızılın qiymətinin azaldılmasına çalışır. Belə ki, qızılın qiyməti aşağı düşdüyü halda insanlar daha çox qızıl almağa can atırlar ki, bu da məhz bazarda spekyulativ təsirlərin artmasına gətirib çıxarır. Azərbaycan qızıl bazarında kəskin azalmalar aprel ayının sonuna doğru özünü daha çox göstərəcək. Çünki hal-hazırda dünya bazarında qiymət azalmaları Azərbaycana idxal edilən qızıl məmulatlarına təsir göstərir. Çünki Azərbaycanda hal-hazırda satılan qızıl məmulatları əvvəl baha qiymətə alınmış qızıl məmulatlarıdır. Amma aprel ayının sonuna doğru qızıl bazarında qızılın qiymətində kəskin azalmalar müşahidə olunacaq-deyə ekspert vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti