Vətən müharibəsi iştirakçısı qəzada həyatını itirib

   Vətən müharibəsi iştirakçısı qəzada həyatını itirib
  02 Mart 2024    Oxunub:665
Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Dəniz Nəqliyyatı Donanmasının "Dədə Qorqud" tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib.

O, ötən gün idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil ilə Ağsu-Ağarx-Qaradağ avtomobil yolunun Şahbəyli kəndindən keçən hissəsində hərəkətdə olarkən avtomobili aşırıb və hadisə nəticəsində ölüb.

Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub. 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. Vətən müharibəsindən sonra "Laçının azad olunmasına görə" medalına layiq görülüb.

AzVision.az


Teqlər: hadisə   qəza  





Xəbər lenti