Cüdoçularımız Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar - FOTOLAR

   Cüdoçularımız Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar -  FOTOLAR
  02 Mart 2024    Oxunub:1077
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, oğlanların mübarizəsində Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 kq) bürünc medal qazanıblar.

Turrnir sabah başa çatacaq.


AzVision.az


Teqlər: cüdo   medal   qızıl  





Xəbər lenti