Xaçmazda avtomobillər toqquşdu: Xəsarət alanlar var

   Xaçmazda avtomobillər toqquşdu:    Xəsarət alanlar var
  03 Mart 2024    Oxunub:663
Xaçmazda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ 2107 və VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.




AzVision.az


Teqlər:





Xəbər lenti