Bitkoinin qiyməti 68 min dolları ötüb

Bitkoinin qiyməti 68 min dolları ötüb
  05 Mart 2024    Oxunub:707
Ticarət sessiyası zamanı bitkoinin dəyəri 8,18 % artaraq 68,284 min dollara çatıb.
Bakı vaxtı ilə saat 03:20-yə olan məlumata görə, bitkoin artımını bir qədər ləngiyib və 68,211 dollar (plus 8,08%) olub. Bitkoinin qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 10-da 68 min dollar olub.

Qeyd edək ki, ABŞ tarixdə ilk dəfə olaraq Bitcoin (BTC) ilə əlaqəli birja fondlarının (ETF) yaradılmasına yaşıl işıq yandırıb. ABŞ tənzimləyiciləri son on ildə ilk dəfə olaraq birbaşa Bitcoinə sərmayə yatıran birja ticarəti fondlarını təsdiqləyib. Bu, sərmayədarların kriptovalyutalara çıxışını təmin edəcək və Bitcoin artıq birjalarda siyahıya alınacaq. Analitiklər, həmçinin Bitcoinə tələbatın artacağını proqnozlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti