Hesabat: 531 şəxsə aid meyit qalıqları aşkarlanıb
“Bundan başqa, ermənilərin törətdikləri sülh və insanlıq əleyhinə cinayətlərin istintaqı sahəsində Respublika Hərbi Prokurorluğu tərəfindən 2023-cü ildə də müəyyən işlər görülüb. Belə ki, 2024-cü il 1 yanvar tarixinə müvafiq cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş şəxslərdən 40-ı Xocalı soyqırımı, 12-si Qaradağlı soyqırımı, 18-i Bağanis-Ayrım soyqırımı, 8-i Meşəli soyqırımı, 47-si Kərkicahan soyqırımı, 34-ü əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, 3-ü terrorçuluq cinayətləri, 85-i digər epizodlar və 48-i ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və sair cinayətlər üzrə olmaqla, ümumilikdə 295 şəxsin Cinayət Məcəlləsinin 103, 107, 113, 115, 116 və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinə göndərilib. Bundan başqa, Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının aşkar olunaraq təhvil verilməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların axtarışı prosesi 2023-cü ildə də intensiv xarakter alıb. 2024-cü il 1 yanvar tarixə ümumilikdə ən azı 531 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb”, - hesabatda deyilir.
AzVision.az
Teqlər: