İSF-nin gəlirləri və xərcləri artıb

İSF-nin gəlirləri və xərcləri artıb
  06 Mart 2024    Oxunub:735
2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) həm gəlirləri, həm də xərcləri 217,7 milyon manat təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 20 % çoxdur.

Ötən il İSF-nin xərclərinin əsas hissəsini - 38,9 %-ni və yaxud 84,7 milyon manatını özünəməşğulluq fəaliyyətinin təşkili ilə bağlı xərclər, 19,6 %-ni və yaxud 42,7 milyon manatını isə məşğulluq orqanlarının saxlanılması ilə bağlı xərclər təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti